Xankəndidəki tarixi görüşü Prezidentlə birgə izləyən şəhid övladlarının təəssüratları - FOTO - VİDEO

“Mən və iki övladım Xankəndi səfərindən çox böyük təəssüratla qayıtmışıq. Bu səfərdə mən bir daha başa düşdüm ki, cənab Prezident həqiqətən şəhid ailələrinin yanındadır. O, bizə dayaqdır. Mən bu səfərdə bir daha anladım ki, erməninin başını əzən igid oğulların ailələri etibarlı əllərdədir. Dövlətimiz, Prezidentimiz həmişə onlarladır”.
Bu sözləri bu ilin sentyabr ayında baş verən antiterror tədbirlərində şəhid olan gizir Tural Ağcabəyovun Xaçmazın Manafoba kəndində yaşayan həyat yoldaşı, ötən gün Xankəndidə keçirilən tarixi matçda iki övladı ilə birgə iştirak edən Turanə Ağcabəyova Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident futbol matçında şəhid övladları ilə vaxt keçirib. Onlarla səmimi dialoq quran Prezident hər bir şəhid uşağına diqqət ayırıb:
“Şəhid Turalın yadigarları - qızımız Leyla və oğlumuz Anar dövlət başçımızı yaxından gördülər, fotolar çəkdirdilər. Bu gün uşaqlarımızın yaddaşında silinməz iz qoyacaq”.
Xankəndidəki görüşdə son antiterror tədbirlərində şəhid olmuş xaçmazlı polkovnik-leytenant Vüsal Rüstəmovun da 3 övladı iştirak edib. Bütün uşaqlar kimi, Vüsal Rüstəmovun övladları da səfərdən xoş təəssüratla qayıdıblar.
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR










