Xaosun gündən-günə artdığı küçə - Hərəkət niyə iflic oldu? - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, budəfəki buraxılışda paytaxtın Hüseyn Seyidzadə küçəsində sürücülərin qarşılaşdıqları problem haqqında məlumat verilib. Bildirilib ki, sözügedən ərazidə avtomobillərin hərəkətini çətinləşdirən hal geridönmə yerində yaşanır. Döngədə 1.11 nişanlanma xətti var.
Bəzi sürücülər qaydaları pozub bir sıra ilə dönmək əvəzinə iki, hətta üç sıra ilə geri dönürlər. Bəzən də sağ zolaqdan sola dönənlər olur ki, bu halda da qəza şəraiti yaranır. Geridönmə yerinin döngədə olması iriqabaritli avtomobillərin qarşıdan gələn yolu bağlamalarına səbəb olur.
Əvvəl 1.11 nişanlanma xətti geridə idi və xaos hazırkı həddə deyildi. İndi isə həm yan məhəllələrdən çıxanlar, həm də əsas yoldan geri dönənlər hərəkəti iflic vəziyyətə salırlar. Bundan başqa, geri dönəndən sonra "Dayanma və durma qadağandır" nişanı var. Ağaclar isə onun görünməsinə mane olur. Bunu görməyən sürücülər də döngədən sonra parklanma edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Prezident Sülh Şurasının ilk iclasında iştirak edir - FOTOLAR
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu








