Xaricdə yaşayan vətəndaşın kartı bloklanıb – “Kapital Bank”dan PROBLEMİ HƏLL ETMİR - FOTO

“Birbank” istifadəçisi xaricdə olarkən qarşılaşdığı problemlə bağlı narazılığını ictimailəşdirib. Müştərinin sözlərinə görə, müalicə xərcləri üçün qardaşı tərəfindən göndərilən puldan cəmi iki saat sonra bank kartı bloklanıb və o, vəsaitinə çıxış imkanını tamamilə itirib.
Avtosfer.az xəbər verir ki, şikayətçi bildirir ki, hazırda ölkə xaricində olduğuna görə bu vəsait onun üçün həyati əhəmiyyət daşıyır. Lakin bütün müraciətlərə baxmayaraq, “Kapital Bank”ın müştəri xidməti problemi operativ şəkildə həll etməyib. Şikayətçinin sözlərinə görə, bank əməkdaşları yalnız “müraciətinizə 5 iş günü ərzində baxılacaq” cavabını verirlər.
Müştəri qeyd edir ki, heç bir izahat verilmədən kartın bloklanması onu çətin vəziyyətdə qoyub və öz şəxsi vəsaitinə belə çıxış imkanının məhdudlaşdırılması ciddi narazılıq doğurur. Onun fikrincə, xüsusilə xaricdə olarkən bu cür halların yaşanması bank xidmətlərinə olan etimadı sarsıdır.
Şikayətdə vurğulanır ki, özünü “rəqəmsal bankçılıq” modeli kimi təqdim edən bir platformanın müştərini günlərlə cavabsız qoyması və alternativ həll təklif etməməsi qəbuledilməzdir. Müştəri hesab edir ki, belə xidmət səviyyəsi ilə bank sisteminə güvənmək çətinləşir.
Qeyd edək ki, şikayətçi aidiyyəti qurumlardan və bank rəhbərliyindən məsələyə operativ şəkildə baxılmasını, kart blokunun aradan qaldırılmasını və yaranmış vəziyyətə aydınlıq gətirilməsini tələb edir.
Eltac Zülfüqaroğlu

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












