Xaricdən Azərbaycana nə qədər qızıl, spirtli içki və siqaret gətirmək olar? – RƏSMİ - VİDEO

Son illərdə xaricə səyahət edən vətəndaşlar ölkəyə hansı malları gətirə biləcəyi ilə bağlı sosial şəbəkələrdə suallar səsləndirirlər. Bir çox hallarda təyyarə ilə ölkəyə 5 litrlik qablarda duru yağ, yaxud bir neçə şüşə spirtli içki, ən əsası da bir neçə blok tütün məhsulu – siqaret gətirməyə çalışanlara da rast gəlinir. Lakin burda gətirilən məhsulun növündən başqa, həm də onun miqdarı da çox önəm daşıyır.
Bəs Azərbaycana gömrükdən nə qədər siqaret, spirtli içki, qızıl keçirmək mümküdür?
Bununla bağlı noyabrın 28-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təşkil edilən mediatur zamanı Xidmətinin təşkili şöbəsinin rəisi Elşən Səfərli Avtosfer.az-ın sualını cavablandırıb. O bildirib ki, 20 qram qızıl, 1,5 litr spirtli içki və 200 ədəd (1 blok) siqaretdən artıq olan hissə gömrük ərazisinə daxil olduqda vətəndaş tərəfindən bəyan edilməlidir:
“Biz, həmçinin, nəzərə almalıyıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən, şəxs ölkə ərazisinə gələrkən 800 ABŞ dolları ekvivalentində mallar gətirə bilər. digər tərəfdən poçt göndərişləri hissəsinə baxsaq, orda bu məbləğ 300 dollar təşkil edir. Nəticədə, 305 saylı qərarın tələbinə əsasən, mallar gömrük sərhədindən keçirilərkən mütləq bəyan edilməlidir. Qanunvericiliyin bu hissəsi bir az genişdir. Orada mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş mallar siyahısı var ki, mən onların istinad nöqətlərini sizə bildirə bilərəm”.
Ölkə ərazisinə gətirilməsi, eləcə də ölkədən çıxarılması məhdudlaşdırılan və qadağan olunan malların siyahısına bu linkdən baxa bilərsiniz.
Səfər
WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA-dan açıqlama - VİDEO
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA








