Xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlandı

ABŞ hökuməti xaricdən həyata keçirilən uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu tədbirlər təyyarənin göyərtəsinə partlayıcı maddələrin keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
Bununla belə, yeni təhlükəsizlik tədbirlərində təyyarənin göyərtəsinə noutbuk keçirilməsinə qadağa qoyulmayıb.
Xatırladaq ki, bu ilin martında ABŞ Türkiyə, Mərakeş, İordaniya, Misir, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdən edilən uçuşlarda təyyarənin göyərtəsinə smartfondan iri elektron cihazlar keçirilməsinə qadağan qoyub. Məlumata görə, belə cihazlarda bombanın maskalanması mümkündür.
Eyni zamanda, yeni təhlükəsizlik tədbirlərinə ABŞ-a uçuş təşkil edən 105 ölkənin hamısından olan reyslərdə yoxlamanın gücləndirilməsi daxildir.
Aviaşirkətlərə belə yoxlama tədbirlərinə tam hazırlaşmaq üçün üç ay müddət verilib, əks təqdirdə, onlara ABŞ-a uçuşlar həyata keçirmək qadağan edilə bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












