Xarici İşlər Nazirliyinin arxasındakı kanalizasiya quyusu təmizlənib – RƏSMİ AÇIQLAMA - VİDEO

Gündəm 24 Oktyabr 2024 18:00 Oxunub 240
Xarici İşlər Nazirliyinin arxasındakı kanalizasiya quyusu təmizlənib – RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən günlərdə paytaxtın ərazisində leysan yağışların törətdiyi fəsadlar hələ də əsas müzakirə məsələsi olaraq qalmaqdadır. Sabunçu tuneli və Heydər Əliyev prospektində yaranan vəziyyət COP29 ərəfəsi qurumların ölkəmizin nüfuzuna vurduğu əsas zərbə olaraq qiymətləndirildi.

Avtosfer.az xəbər verir ki, son 3 gündə paytaxtın drenaj sistemindəki problemlər cəmiyyətin haqlı narazılıqları ilə nəticənələnib. Sosial şəbəkələrdə şəhərin mərkəzi ərazisindəki kanalizasiya quyularının vəziyyətini əks etdirən videolar yayılıb. Daha acınacaqlı vəziyyət isə Yasamal rayonunda müşahidə edilir.

Belə ki, Xarici İşlər Nazirliyinin arxasındakı İslam Səfərli küçəsində kanalizasiya quyusunun tutulduğunu çəkərək şəbəkələrdə yayan vətəndaş bildirib ki, həmin quyu çox uzun müddətdir təmizlənmir. Buna görə də quyunun yerləşdiyi ərazidəki yağış suları digər küçələrə yığılır.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən sorğumuza verilən cavaba əsasən, həmin kanalizasiyanın dəmir barmaqlığı dünən təmizlənib və fəaliyyəti artıq bərpa edilib.

Sosial şəbəkələrdə İslam Səfərli küçəsində yaşayan vətəndaşlar bildiriblər ki, dəfələrlə həmin ərazidə küçələri təmizləyən şəxslərin yarpaqları, süpürdükləri zibili götürmək əvəzinə kanalizasiya quyusuna tökürlər. Bununla da zamanla quyunun barmaqlıqları tutulur.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh