Banner

Xarici nömrə ilə maşın sürənlərin ölkəni tərk etməsi tələb olunmur – RƏSMİ AÇIQLAMA - VİDEO

Gündəm 18 Aprel 2025 18:00 Oxunub 1766
Xarici nömrə ilə maşın sürənlərin ölkəni tərk etməsi tələb olunmur – RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda yerli sürücülərlə yanaşı başqa ölkələrdən şəxsi avtomobillə ölkəmizə gələn əcnəbi vətəndaşlar da var. Həmin sürücülər hələ də gəldikləri ölkənin nömrəsi ilə nəqliyyat vasitəsi idarə edirlər.  Bu da onlara müəyyən məsələlərdə çətinlik yaradır. Belə ki, pandemiyadan əvvəl istər Gürcüstan, istər Rusiya, istərsə də İrandan gələn xarici ölkə qeydiyyatında olan həmin şəxslər sərhədlər bağlandığına görə Azərbaycanda qalmağa məcbur olublar.

Avtosfer.az xəbər verir ki, xarici ölkə qeydiyyatlı avtomobillə ölkəmizə gələn şəxslər həmin ölkə nömrəsi ilə avtomobil sürərkən problemlə üzləşir. Onları narahat edən sualları Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadəyə ünvanladıq. Şöbə rəisi açıqlamasında bildirdi ki, xarici dövlət qeydiyyatlı nəqliyyat vasitələri xarici vətəndaşlar tərəfindən öölkəyə müvəqqəti gətirilərkən onlara 90 gün müddətində icazə verilir:

“Qanunvericilikdə göstərilir ki, il ərzində həmin sürücülər heç bir təxliy edilmədən avtomobildən 90 gün ərzində istifadə edə bilər. əgər həmin şəxs 90 gündən artıq ölkədə qalırsa və onun qalması ilə əlaqədar rəsmi sənədləri varsa, bu müddət 1 ilə qədər artırıla bilər. lakin 1 ildən artıq həmin şəxsin ölkə ərazisində qalmasına icazə verilmir. Həmin 1 il bitənə yaxıın müddətə qədər əcnəbi vətəndaş istifadə etdiyi xarici ölkə qeydiyyatlı nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmalıdır.

Pandemiya səbəbilə dövlət sərhədlərindən keçidlər məhdudlaşdırıldığına görə pandemiyadan əvvəl ölkəyə gələn nəqliyyat vasitələri hazırda ölkə ərazisində idarə olunur. Məhz keçidlər məhdudlaşdırıldığına görə əcnəbi şəxslərin nəqliyyat vasitələrinin ölkədə idarə edilməsi müddəti ilə bağlı bu məsələlər nəzərə alınıb. Yəni həmin şəxslərin mütləq şəkildə ölkə ərazisini tərk etməsi tələb olunmur”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh