Xəbəri olmadan adına əlavə avtomobillər sığortalanıb - VİDEO

Xəbəri olmadan adına əlavə 2 avtomobil icbari qaydada sığorta edilib.
Bu iddianı İmişlinin Qaravəlli kənd sakini Namiq Əliyev səsləndirir. O deyir ki, həmin avtomobillər nə onun mülkiyyətindədir: nə də adına etibarnamə var.
Namiq Əliyev bildirir ki, bir müddət əvvəl öz avtomobilini sığorta etdirmək istəyib. Məlum olub ki, onun adında 3 avtomobil sığortalıdır. Həmin nəqliyyat vasitələrindən biri ilə qəza törədilib və sığorta tarixçəsi korlanıb. İllərdir öz avtomobilini sığorta etdirmək üçün 45-50 manat ödəyən Namiqin tarixçəsində qəza hadisəsi göründüyü üçün sığorta haqqı 120 manat olub.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yalnız mülkiyət sənədi olduqda və ya şəxsin adına etibar edildikdə reallaşdırıla bilər. Yəni, əgər şəxsin icazəsi və həmin avtomobillərə etibarnaməsi yoxdursa, belə bir addım qanunvericiliklə doğru qəbul edilmir
Ekspert bunun hansısa texniki xətadan qaynaqlana biləcəyini də istisna etmir. Bildirir ki, bununla bağlı həmin şəxs aidiyəti üzrə müraciət edə bilər.
Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirildi ki, vətəndaş qarşılaşdığı problemlə bağlı 966 nömrəli qaynar xəttə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və lazımi addımlar atılacaq.
Daha ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










