Xəstənin rayondan Bakıya köçürülməsinin şərti açıqlandı - RƏSMİ

Səhiyyə nazirinin 01.12.2005-ci il tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə“ 140 saylı əmrinə əsasən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək onların funksiyaları Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilib. Səhiyyə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 24.07.2006-ci il tarixli əmri ilə SNTTTYS-nın regional məntəqələrinin yaradılması baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaradır. Hazırda respublika üzrə 12 regional məntəqə var. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilib. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə habelə müasir reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.
Bildirək ki, regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Lakin zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












