Xəstəxanadadır, atasının öldüyünü bilmir - Eks-nazirdən kömək istədilər

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun da adının hallandığı, Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Uğur Vəliyevin yaxınları qəzaya səbəb olanların ailəyə kömək etmələrini tələb edir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı qafqazinfo.az-a müraciət edən Nailə Mirzəyeva bildirib ki, Uğur Vəliyevin 3 övladı var: “O, qızı ilə kirayə tutduqları evdə yaşayırdı. Qızı ailəsindən ayrılıb. Himayəsində də 12 yaşlı bir övladı var. Evin tək köməyi ata idi. O qazanıb, kirayə pulunu və qızının xəstəxana xərclərini ödəyirdi. İndi qızı Ağciyər İnstitutunda ağır vəziyyətdə müalicə alır. Heç atasının rəhmətə getdiyini də bilmir. Biz hadisəyə səbəb olan hər iki sürücüdən, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və Rasim Əsgərovdan ailəyə bu çətin vəziyyətdə kömək etmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirik”.
Xatırladaq ki, hadisə sentyabrın 15-də Bakıda - Xətai rayonunda baş verib. Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra Rasim Əsgərovun idarə etdiyi “Ford” markalı yük maşını piyadanın üstündən keçib. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












