Xəstəxanaya yerləşdirilən Rövşən Lənkəranskinin vəziyyəti ağırdır– FOTO

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır. Yaxınları onun yanına yollanıb.
Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












