Xətai Rayon İcra Hakimiyyətindən küçələrin baxımsız halda olması ilə bağlı AÇIQLAMA - FOTO

Sözügedən küçələrdədə yaşıllaşdırma işləri aparılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. O bildirib ki, Xətai rayonunun Seyid Əzim Şirvani və Qacaq Nəbi küçələrində də abadlıq işləri aparılacaq: “Bu istiqamətdə işlər başlamışdı. Sadəcə olaraq müəyyən səbəblərdən dolayı dayandırılıb. Digər küçələrdə - Məzahir Rüstəmov, Lütfizadədə olduğu kimi, burada da abadlıq işləri davam etdiriləcək. Yaxın zamanlarda hava şəraiti də yaxşılaşdıqca abadlıq işləri tamamlanacaq. Abadlıq işləri çərçivəsində yol infrastrukturu düzəldiləcək. Bizim tərəfimizdən iaşə obyektlərinin qarşısı, yaşıllıq zolaqları, piyada səkiləri bərpa ediləcək”. Onun sözlərinə görə, şəhərin görüntüsünü pozan iaşə obyektlərinin sahibləri ilə danışıqlar aparılır və obyektlərin qarşısı daha müasir formaya salınır: “Hər iki küçə və həmin küçələrdə səkilər, iaşə obyektlərinin qarşısı, ümumilikdə bütün bu məsələlər bizim diqqətimizdədir. Yaxın zamanlarda bütün işlər yekunlaşdırılacaq”.
15:34
Bakının Xətai rayonunda sakinlər bəzi küçələrin baxımsız halda olmasından şikayət edir. Medianın redaksiyasına sözügedən problemləri əks etdirən fotoşəkillər göndərilib. Fotoların rayonun Seyid Əzim Şirvani və Qaçaq Nəbi küçələrində çəkildiyi bildirilib. Vətəndaşlar deyir ki, artıq bir ilə yaxındır küçələrdəki, səkilərdə və piyada keçidlərindəki nöqsanlar aradan qaldırılmır: “Piyada səkiləri dağıdılıb, lakin sonradan bərpa edilməyib. Ətrafdakı iaşə obyektlərinin qarşısında, dayanacaqların ətrafındakı bordürlər dağıdılıb. Onların qalıqları isə ətrafdakı ərazilərə və ağacların diblərinə atılıb. Ətrafda səliqəsiz görüntü yaranıb”.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










