Xətai rayonunda daha bir küçə təmir edilir – FOTO+VİDEO

Bakının Xətai rayonunda Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçəyə ikiqat olmaqla asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə, 16 min kv.metr ərazinin asflatlanması nəzərdə tutulub.
"Hazırda küçə boyu mövcud piyada səkilərinin bərpa edilməsi, kənarlarına səki daşlarının düzülməsi işləri görülür. Uzunluğu 1 260 metr, 4 hərəkət zolaqlı olmaqla yolun eni bir istiqamət üzrə 7,5 metr olan küçənin ümumi eni 15 metrdir. Piyada səkilərinin eni isə 1,5 metr təşkil edir. Təmir işləri çərçivəsində küçə boyu 1 015 poqon metr yeni səki daşları düzüləcək. Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 9 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 28 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin 10 yerdə piyada keçidi zolaqları çəkiləcək.
Namiq
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
















