Xəzər Dəniz Gəmiçiliyi bərələrin sayını artıracaq

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının tərkibində bərələrin sayını artırmağı, mövcud olanları daha unikal nəsilə aid bərələrlə əvəz etməyi planlaşdırır. Avtosfer.az xəbər verir ki, bunu Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifariş verdiyi "Ro-Pax" tipli iki gəmi-bərənin ilk polad lövhələrinin kəsimi mərasimində "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bildirib. R.Vəliyev qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin hazırda tərkibində 13 bərə var və onların hamısı Xorvatiyada tikilib: "Bu gün ilk polad lövhələri kəsilən gəmi-bərələr isə Azərbaycan zavodunda inşa olunur. Bu, çox mühüm məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın tranzit infrasturktunun inkişafı üzrə işlər görülür. Bu bərələr də bu strategiyanın tərkib hissəsidir".
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












