Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Gəncə” tankeri Xəzərdən kənarda maye yükdaşımalarına cəlb olunub. Avtosfer.az Gəmiçiliyə istinadən xəbər verir ki, bununla da qurumun Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatıb. Onlardan 11-i quru yük gəmisi, ikisi isə tankerdir. “Gəncə” tankeri ilk yükləmə əməliyyatını Rusiyanın Tuapse limanında həyata keçirəcək. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək tankerin istismarına nəzarəti, eyni zamanda texniki xidməti Gəmiçiliyin Türkiyədəki “Casptankers” şirkəti həyata keçirəcək. Dedveyti 7,017 ton, uzunluğu 140,85 metr, eni 16,86 metr olan bu tanker “Volqa-Don-Maks” tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. “Gəncə” gəmisi Gəmiçiliyin xaricdə maye yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Həmçinin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün “Gəncə” tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var. Qeyd edək ki, tanker istismara ötən il Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə verilib. Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













