"Xəzər Dəniz Gəmiçiliyi" yanvarda yükdaşımanı artırıb

Cari ilin yanvarında havaların əlverişsiz keçməsinə baxmayaraq, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi artıb. Avtosfer.az xəbər verir ki, QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, ilin ilk ayında dəniz nəqliyyatı ilə 4676 vaqon daşınıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 58% artım deməkdir. 3237 vaqonda quru, 1439 vaqonda isə maye yüklər olub. Ümumilikdə daşınmış yüklərin həcmi 300 515 ton təşkil edib. Hesabat dövründə 1368 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 15% üstələməyə imkan verib. 2017-ci ilin yanvarında bütün istiqamətlər üzrə 201 səfər həyata keçirilib. Onların 21-i Ro-Ro tipli gəmilərlə, 180-i bərələrlə gerçəkləşdirilib. 2016-cı ilin eyni dövründə isə 142 səfər edilib. Bu səfərlərin 19-u Ro-Ro, 123-ü bərələrin payına düşür. Eyni zamanda yanvarda dəniz nəqliyyatı ilə 1204 sərnişin daşınıb. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 nəfər çoxdur. Xatırladaq ki, gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












