Xəzər Dəniz Gəmiçiliyindən yaxta turuna qadağa

Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə baş tutacaq yaxta turuna icazə verməyib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC məlumat yayıb.
Məlumatda bildirilir ki, belə bir turun keçirilməsi ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Cəmiyyətin balansında olan yaxtalardan heç biri sözügedən tur üçün ayrılmayıb. Ümumiyyətlə, dövlət obyekti olan “Yaxt Klub” ərazisindən yaxta və gəmi gəzintiləri təşkil edilmir. Yaxt Klub ərazisinə rəsmi icazəsi olmayan şəxslərin girişi də qadağandır.
AXDG qeyd edir ki, KİV-də yaxta turu ilə bağlı yayılan xəbərə görə məsuliyyət daşımır.
Yaxt Klubdan isə axar.az-a bildirdilər ki, sözügedən tur təşkil olunacaq. Artıq müraciət edənlər də var:
“Girişin qiyməti 55 manatdır. Uşaqlar üçün giriş pulsuzdur”.
Klubdan, həmçinin, bildirdilər ki, Yaxt Klub ərazisinə giriş üçün rəsmi icazəyə ehtiyac yoxdur: “İstənilən Azərbaycan vətəndaşı klub ərazisinə daxil ola bilər”.
Qeyd edək ki, dünən bəzi KİV-lərdə “Bakıda maraqlı əyləncə: Yaxta turu” başlıqlı xəbər paylaşılıb. Tur xəbərində bildirilir ki, səyahət iyulun 9-da 3 müxtəlif vaxtda baş tutacaq. Toplanış yeri kimi isə Dənizkənarı Milli Parkda yerləşən Yaxt Klubun qarşısı müəyyənləşdirilib. Elə turun da buradan başlanacağı qeyd edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












