"Xəzər Dəniz Gəmiçiliyi"nin daha iki gəmisi beynəlxalq sertifikata layiq görülüb

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha iki növ gəmisi dünyada nüfuzlu təsnifat təşkilatlarından sayılan Amerika Gəmiçilik Bürosunun (ABS) keyfiyyət sertifikatına layiq görülüb. Avtosfer.az xəbər verir ki, bu barədə QSC-dən apa-ya verilən məlumata görə, ABS-in “Xəzər Dəniz Gəmiçiliyi”də “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) tələblərinə uyğun növbəti xarici auditi keçirilib. QSC-nin donanmasına məxsus “Yarenqa” təchizat-yedək və “Şirvan” kran gəmiləri nümunə kimi beynəlxalq İSO sertifikatlaşması üçün auditə təqdim olunub.
Auditin proseduruna görə, aşkarlanan uyğunsuzluqlar barədə “Uyğunsuzluq plan”ları 30 gün ərzində ABS-in auditoruna təqdim olunub. Təqdim edilən materialları auditorlar yoxladıqdan sonra QSC-nin donanmasında olan bütün təchizat-yedək və kran tipli gəmilər 5 illik müddətinə uyğunluq sertifikatına layiq görülüblər.
Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC 2015-ci ildə ABS tərəfindən İSO-nun beynəlxalq idarəetmə standartlarının tətbiqinə görə uyğunluq sertifikatına layiq görülüb. QSC-yə məxsus daha iki tip gəmi də İSO-nun keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi tələblərinə cavab verərək uyğunluq sertifikatı alıb. Daha əvvəl isə uyğunluq sertifikatına QSC-nin neft tankerləri, Ro-Ro sərnişin gəmiləri və quru yük daşıyan gəmiləri layiq görülüb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












