Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-geoloji gəmisi təmirə dayanıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, gəminin avar və sükan qurğuları keyfiyyətlə təmir edilir, sualtı və suüstü hissələrinin, lövbər və lövbər zəncirinin rənglənməsi həyata keçirilir. Gəminin gövdə hissəsinin qüsurlu yerləri də təmir olunur. Eyni zamanda üzən vasitənin göyərtəsində dəmir lövhələr dəyişdirilir. Uzunluğu 45,635, eni 9,310 metr olan gəminin maksimal sürəti 11,4 uzel, dedveyti isə 171 tondur.
Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Elə təmirə dayanan “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi də bu xidmətlərdə istismar edilir.
Ruslan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












