Xəzər dənizində gəmilərin yoxlanması prinsipi dəyişəcək

Xəzəryanı dövlətlər Qara və Aralıq dənizləri ilə eynilik üzrə limanlarda gəmilərin vahid dövlət nəzarəti rejiminin tətbiqi barədə qərar qəbul edib. Avtosfer.az xəbər verir ki, "Report" Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzəryanı ölkələrin müvafiq qurumları tərəfindən liman nəzarətinin həyata keçirilməsi qaydası ilə bağlı müddəaların razılaşdırılması üzrə işlər aparılır.
Unifikasiya edilmiş yanaşma regionda dəniz gəmilərinin texniki təhlükəsizliyini artırmağa, dəniz qəzalarının sayını minimuma endirməyə, həyat təhlükəsizliyini, gəmilərin ekipaj üzvlərinin və sərnişinlərin sağlamlığını yüksəltməyə, nəqliyyat vasitələrinin və yüklərin qorunub saxlanılmasına imkan verəcək.
Eyni zamanda, yaxşı texniki vəziyyətdə olan gəmilərin yoxlanma sayı azalacaq və nəqliyyat vasitələrinin yoxlanması üçün resurslardan istifadənin effektivliyi artacaq.
Qeyd edək ki, hazırda Xəzər dənizində, təqribən, 1600 dəniz gəmisindən istifadə olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












