Xəzər dənizindəki işlər üçün elmi-tədqiqat gəmisi hazırlanıb

Estoniyanın Saaremaa adasında fəaliyyət göstərən “Baltic Workboats” şirkəti Xəzər dənizindəki işlər üçün uzunluğu 25 metr, dəyəri 3 milyon avro olan elmi-tədqiqat gəmisi hazırlayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, “Sifarişçi Xəzər dənizində quraşdırılan neft hasil edən platformaların yaxınlığında dəniz mühitinin vəziyyətini öyrənən elmi-tədqiqat özəl şirkətidir”, - deyə “Baltic Workboats” şirkətinin idarə heyətinin üzvü Yuri Taal bildirib. Y.Taalın sözlərinə görə, gəmi suyun yoxlanması məqsədilə hasara alınma və balıq vətəgələrinin monitorinqini həyata keçirmək üçün uyğunlaşdırılıb. “Baltic Workboats” - Estoniya kapitalı ilə əsası qoyulan alüminium və poladdan işçi gəmilər istehsal edən şirkətdir. Şirkətin məhsul portfelinə lotsman, keşikçi, yedək gəmiləri, bərələr, katamaranlar və digər işçi gəmilər daxildir. Müəssisədə 200-ə yaxın işçi çalışır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












