Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR

Yanvarın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Avtosfer.az xəbər verir ki, Baş Nazir Əli Əsədov çıxışında Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.
Kompleks Tədbirlər Planı ilə bağlı Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənildi.
Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənildi.
Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verildi.
Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verildi.
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA
Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA
Kəmaləddin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…
Səhhəti pisləşdi, vəzifədən getdi - Yeni təyinat
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA








.jpg)
.jpg)







