Xəzər polisinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin bütün kameralarına baxış keçirilib, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları və digər hüquqların təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilib. Habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilib və dinlənilib. Qəbul edilmiş şəxslər MSY əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib. Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, bəzi müraciətlər yerində təmin edilib. Başçəkmənin yekununda MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunub. Eyni zamanda milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.
Fidan
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










