Xəzər sakinindən 5 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Bəhruz Salmanov Binə qəsəbəsi ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 5 kiloqram 18 qram olan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.
Araşdırma zamanı müəyyən olunub ki, Bəhruz Salmanov narkotik vasitələri Binə qəsəbəsində yaşadığı evin həyətində əkib-becərərək onlara xüsusi qulluq edib. Daha sonra o, çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə qurudub.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.


Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO










