Xəzərdə fırtına, gəmilər sığınacaqlara göndərildi - Rəsmi

Abşeron yarımadasında müşahidə olunan güclü küləklə əlaqədar Xəzər Dəniz Gəmiçiliyində bərə səfərləri dayandırılıb. Bu barədə Avtosfer.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən məlumat verilib.Xəzər dənizində gecədən davam edən fırtına səbəbindən hərəkətdə olan, yüklənmiş gəmilər Xəzərin müxtəlif ada və limanlarında sığınacaqlarda lövbərdə duraraq hava şəraitinin yaxşılaşmasını gözləyirlər. QSC-dən verilən məlumata görə, fırtına hələ ki, Xəzərin Cənub-Şərq hissəsinə çatmadığına görə,buradakı gəmilər hərəkətinə davam edir. Bu axşamdan isə hava şəraitinin həmin ərazidə də pisləçəcəyi proqnoz edildiyi üçün onlar da sığınacaqlara yönləndiriləcək.
Hava şəraitinin pisləşməsi ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Abşeron”, “Günəşli-Neft Daşları”, “Bakı” buxtası o cümlədən Ələt-Səngəçal-Qaradağ ərazisi üzrə baş verəcək istənilən hadisə ilə bağlı operativ və təxirə salınmaz tədbirlər görmək məqsədi ilə növbətçi gəmilər təyin edib.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, mövcud hava şəraiti bu gün və sabah gün ərzində davam edəcək. Dekabrın 15-i günorta saatlarından etibarən külək tədricən mülayimləşəcək.
Hava şəraitində gözlənilən dəyişikliklə bağlı xəbərdarlıq hazırlanıb və bu xəbərdarlıq aidiyyatı qurumlara, dövlət qurumlarına, KİV-lərə çatdırılıb.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












