Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını ala biləcək gəmilər olacaq

Xəzər dənizinin Azərbaycan sularında yanğın əleyhinə, yanğın hadisələrinin qarşısını alaraq təhlükəsizliyi təmin edən xüsusi və ən müasir gəmilərin istismarı nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov bildirib. "Biz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) ilə əməkdaşlıq edirik və gələcək üçün birgə planlarımız var. Bu gəmilər Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını alıb, söndürə və insanları xilas edə bilər. Belə gəmilər Xəzər üçün çox önəmli su nəqliyyat vasitələridir", - deyə G.Yeqorov qeyd edib.
Onun sözlərinə görə, AXDG həmçinin tankerlər, kran-montaj gəmiləri, təchizat gəmiləri də almağı planlaşdırır: "Bu planlar eskiz şəklində mövcuddur və Gəmçiliyin dəniz parkının genişlənməsi dövlət maliyyəsi hesabına həyata keçirilir".
Xatırladaq ki, hazırda Bakı Gəmiqayırma Zavodunda odessalı mütəxəssislərin də iştirakı ilə 132 mln. manat dəyərində iki unikal gəmi-bərə tikilir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












