Banner

Xəzərdə itkin düşən və içərisində uşaqlar olan qayıq kimsəsiz adada tapılıb - FOTO-VİDEO

Gündəm 6 Sentyabr 2021 11:32 Oxunub 1288
Xəzərdə itkin düşən və içərisində uşaqlar olan qayıq kimsəsiz adada tapılıb - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər dənizində itkin düşən qayıq Tüleniy adasının ərazisində tapılıb. Bu barədə TASS-a Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən (Rosmorreçflot) məlumat verilib. İdarə qayıqda yeddi nəfərin olduğunu təsdiqləyib. Qayığın sərnişinləri arasında üç uşaq olub. Onların ən kiçiyi səkkiz aylıqdır.

Qeyd edək ki, Volqoqraddan Mahaçqalaya gedən qayığın itməsi barədə sentyabrın 5-də məlumat verilmişdi.

Tüleniy – Dağıstana məxsus kimsəsiz adadır. 20-ci əsrin birinci yarısında orada balıq fabriki fəaliyyət göstərib və qəsəbə salınıb. Lakin Xəzər dənizinin səviyyəsinin yüksəlməsi və balıq ehtiyatlarının azalması səbəbindən oradakı yaşayış məntəqəsi ləğv olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh