Banner

Xəzərdə itkin düşənlər tapılıb – Polis açıqlama verdi

Gündəm 21 May 2017 08:06 Oxunub 1547
Xəzərdə itkin düşənlər tapılıb – Polis açıqlama verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəlin əri, oğul isə atasıyla dalaşaraq evdən getdiyini etiraf edib

Xəbər verdiyimiz kimi, mayın 10-da Xəzər rayonunda 24 yaşlı oğlan itkin düşüb. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, 1993-cü il təvəllüdlü Cəfərzadə Xeyrəddin Şəmsəddin oğlu səhər saatlarında evdən çıxıb. Bu barədə polisə itkin düşən şəxsin atası, 1969-cu il təvəllüdlü Cəfərzadə Şəmsədddin Ulduz oğlu məlumat verib. Kişi bildirib ki, onunla oğlu arasında münaqişə olub. Oğlu sonuncu dəfə evdən çıxarkən özünü dənizə ataraq öldürəcəyini deyib və qapını çırparaq gedib.

Xəzər RPİ-dən Avtosfer.az-a bildiriblər ki, vətəndaş Xeyrəddin Cəfərzadə hazırda sağ-salamatdır və Mərdəkan qəsəbəsi, Rəhmanzadə küçəsi, ev 59-da yaşayır.

Mayın 9-da Xəzər RPİ-nin 1-ci polis bölməsinin ərazisində ana və iki azyaşlı uşağı da itkin düşüb. Bildirilir ki, Mərdəkan qəsəbəsi sakinləri, Nərgiz Abdullayeva (1995-ci il təvəllüdlü), onun qızı Məmmədova Zeynəb Natiq qızı (2013-cü il təvəllüdlü) və oğlu Məmmədov Mehdi (2015-ci il təvəllüdlü) saat 14:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gediblər. Ana və uşaqların yeri indiyə kimi məlum deyil. Bu barədə polisə Nərgiz Abdullayevanın qayınanası Pərvanə Məmmədova xəbər verib. Polis tərəfindən görülən tədbirlər nəticəsində N.Abdullayeva və uşaqları tapılaraq evinə qaytarılıb. Qadın polisə verdiyi izahatda bildirib ki, son zamanlar onun əsəsb sistemində gərginlik yaranıb. Buna görə də həyat yoldaşı Natiq Məmmədovla münaqişə edərək uşaqları də götürüb Xəzər rayonu, Ş.Dres qəsəbəsində yaşayan nənəsigilə gedib. O, bildirib ki, hazırda uşaqları ilə birlikdə evindədir və heç bir problem yoxdur.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh