Xəzərin səviyyəsi qalxdı - VİDEO

Xəzər dənizində suyun səviyyəsi uzun müddətdən sonra 1 metrdən çox artıb.
Bir müddət əvvələ qədər Xəzərdə suyun səviyyəsi azalan tendensiya ilə davam edirdi. Lakin hazırda dənizin şimal-şərq hissəsində suyun səviyyəsi 119 sm artıb.
Məlumat Qazaxıstanın Su Resursları və Suvarma Nazirliyinin açıqlamasında yer alıb.
Ekoloq Rövşən Abbasov bildirib ki, bu ilin daha çox yağıntılı keçməsi Xəzərin suyuna müsbət təsir edib. Buna səbəb isə Xəzəri qidalandıran əsas çayların səviyyəsinin yağıntılar səbəbəbindən artması olub. Ekoloqun sözlərinə görə, çaylarda sululuq belə davam edərsə Xəzərdə suyun səviyyəsinin azalması dayancaq. Rövşən Abbasov hesab edir ki, Xəzərin ərazisi böyük olduğundan şimalda müşahidə olunan artım yaxın vaxtlarda Azərbaycan sahillərində də özünü göstərəcək. Hətta bir müddət sonra Xəzərdə suyun səviyyəsi ilə bağlı daha müsbət nəticələr gözlənilir. Rövşən Abbasovun sözlərinə görə, dənizdə suyun səviyyəsinin azalması 1995-ci ildən davam edir. Ekspertlər hesab edir ki, bu ildən bu tendensiya dəyişə bilər.
Ətraflı videomaterialda.
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF
Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının təcəssümü – 2 fevral Gənclər Günü
Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR
ABŞ-İran gərginliyi Zəngəzur dəhlizi üçün riskdir - Siyasi şərhçi AÇIQLADI
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq











