Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR

Bakıda Xəzər dənizinin səviyyəsinin azalması və sahilboyu ərazilərdə yaranan dəyişikliklər şəhərsalma baxımından ciddi narahatlıq doğurur.
Avtosfer.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev öz sosial şəbəkə hesabından paylaşım edib.
Onun sözlərinə görə, aidiyyəti qurumların məsələni yerində müşahidə etməsi olduqca vacibdir. Memar hesab edir ki, xüsusilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşları Dənizkənarı Bulvar ərazisində mövcud vəziyyətlə yaxından tanış olmalıdır:
“Bəzən elə təəssürat yaranır ki, məsul şəxslər bu ərazilərdə baş verən dəyişiklikləri yerində görmürlər. Halbuki vəziyyəti öz gözlərinlə görmək və real mənzərəni qiymətləndirmək həyati əhəmiyyət daşıyır”.
Elçin Əliyev qeyd edib ki, bu məsələ xüsusilə yaxın zamanda Bakıda keçirilməsi planlaşdırılan "World Urban Forum" fonunda daha аktual xarakter daşıyır. Onun fikrincə, beynəlxalq tədbirdə iştirak edəcək mütəxəssislər Xəzərin geri çəkilməsi ilə bağlı suallar ünvanlaya bilərlər:
“Əgər xarici mütəxəssislər bu proseslə bağlı konkret suallar versələr, bizim hansı cavabımız olacaq? Bu, artıq bir neçə ildir davam edən reallıqdır”.
Memarın sözlərinə görə, son illərdə qəbul edilən şəhərsalma sənədlərində, o cümlədən Bakının baş planında Xəzər dənizinin geri çəkilməsi və Bakı buxtasında dayazlaşma prosesi ilə bağlı konkret yanaşmalar əksini tapmayıb:
“Necə ola bilər ki, biz 25–30 il sonranı planlaşdırırıq, amma artıq baş verən və davam edən bu kimi ciddi dəyişiklikləri nəzərə almırıq? Bu, strateji planlaşdırma baxımından böyük boşluqdur. Şəhərsalma yalnız mövcud vəziyyətə deyil, eyni zamanda gələcək risklərə əsaslanmalıdır. Xəzərin səviyyəsinin dəyişməsi sahilboyu infrastruktur, turizm zonaları və ictimai məkanlar üçün yeni yanaşmalar tələb edir”.
Sonda memar vurğulayıb ki, beynəlxalq səviyyəli tədbirlər ərəfəsində bu kimi problemlərin açıq şəkildə müzakirə olunması və real həll yollarının hazırlanması vacibdir. Onun sözlərinə görə, baş verən proseslərə laqeyd yanaşmaq gələcəkdə daha ciddi urbanistik problemlərə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA












