Banner

Xəzərin suyu çəkilib; Bulvardakı qayalıqlarda ilanlar mələşir - VİDEO

Gündəm 28 Oktyabr 2025 14:00 Oxunub 4236
Xəzərin suyu çəkilib; Bulvardakı qayalıqlarda ilanlar mələşir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Dənizkənarı Milli Park, yəni bulvar ərazisində Xəzər dənizinin sularının geri çəkilməsi nəticəsində sahil zolağında narahatedici mənzərə yaranıb. 

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə əvvəl su altında qalan bəzi qayalıqlar və torpaq sahələri artıq üzə çıxıb.

Görüntülərdə qayaların arasında ilanların hərəkət etdiyi də aydın şəkildə görünür. Bu isə sosial şəbəkə istifadəçiləri arasında narahatlıq yaradıb. Bəzi izləyicilər həmin ilanların qurumuş bataqlıq sahələrində yuva saldığını, digərləri isə dəniz suyunun çəkilməsi ilə təbii yaşayış mühitlərinin pozulduğunu qeyd ediblər.

Mütəxəssislər bildirirlər ki, Xəzər dənizinin səviyyəsində son illərdə müşahidə edilən azalma artıq ekoloji tarazlığa təsir etməyə başlayıb. Suyun geri çəkilməsi təkcə dəniz canlılarının yaşayış mühitinə deyil, həm də bulvar boyunca infrastrukturun dayanıqlığına təsir göstərə bilər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh