XİN-də yüksək vəzifəyə yeni təyinat - Nazir əmr imzaladı

Gündəm 7 Fevral 2026 17:11
XİN-də yüksək vəzifəyə yeni təyinat - Nazir əmr imzaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.

Avtosfer.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq yeni vəzifəsinin icrasına başlayıb və bir neçə Avropa ölkəsinin Bakıdakı səfiri ilə görüşüb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Oxunub 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh