Banner

XİN-dən Baydenin erməni anım gününə dair çıxışı ilə bağlı AÇIQLAMA

Gündəm 24 Aprel 2022 23:23 Oxunub 3182
XİN-dən Baydenin erməni anım gününə dair çıxışı ilə bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin erməni anım günü ilə əlaqədar çıxışına münasibət bildirib.

XİN-in Mətbuat xidmətindən verilən məlumatda deyilir: “ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur. Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir. ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh