XİN-dən ermənilərin Xocavənddə törətdikləri təxribatla bağlı etiraz

Son günlər ərzində Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir. Sözügedən ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad edilib. Məsələ ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin cari ilin 13 dekabr tarixli birgə açıqlamasında ətraflı məlumat verilib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
"Rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Belə ki, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər.
Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş Bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq.
Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək", - deyə Xarici İşlər Nazirliyindən bildirilib.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










