XİN-dən İrana səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.
Xarici İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










