Xınalıqla əlaqə kəsildi - Yola 15 tonluq qayalar tökülüb

Qusar rayonunun Kuzun kəndində torpaq sürüsməsi baş verib. "Report"un məlumatına görə, sürüşməyə səbəb son günlər havaların rütubətli keçməsidir. Nəticədə kəndə gedən yol sürüsüb. Qusar 4 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda sürüşməyə məruz qalmış yolu açmağa çalışırlar. Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib. Sürüşmə ərazisi 200 metrdən çoxdur.
Qusar rayonunda baş verəsn torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb. Gecə saatlarında Quba-Xınalıq yolunda sürüşmə qeydə alınıb. Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır. Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.
“Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 37 km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ötən gün baş verən sürüşmə nəticəsində Qusar - Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib. Dərhal “Azəravtoyol” QSC-nin yerli idarəsinin canlı qüvvəsi vəiki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












