Xırdalan sakinlərini sevindirəcək xəbər – AÇIQLAMA - VİDEO

Bakının və ətraf qəsəbələrin nəqliyyat problemlərinin həll edilməsi üçün yeni yollar çəkilir. Məqsəd həm paytaxtdakı tıxacları azaltmaq, həm də insanların bölgələrə daha rahat və sürətli gedib-gəlməsini təmin etməkdir. Bu layihələrdən biri də Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisidir. AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda:
• 4 körpü üzrə işlərin 90%-i,
• 1 körpü üzrə 80%-i,
• 2 qovşaq körpüsü üzrə 76%-i,
• 1 qovşaq körpüsü üzrə 45%-i,
• 1 qovşaq körpüsü üzrə isə 5%-i,
• 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib.
Eyni zamanda, yolun 3-cü və 19.5-ci km-lik hissəsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilir.
Layihə üzrə həmçinin:
• 12 ədəd düzbucaqlı keçidin,
• 28 ədəd dairəvi və müxtəlif diametrli borunun,
• drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri aparılır.
Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Bundan başqa, layihə boyu:
• 9 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yararsız qruntun yararlı materialla əvəzlənməsi),
• 7 km-lik hissədə yol geyiminin alt və üst laylarının tikintisi, asfalt-beton örtüyünün döşənməsi və çiyinlərin bərkidilməsi işləri tamamlanıb.
Eyni zamanda:
• yolun km 22.3–28.9-cu hissəsində, Ceyranbatan su anbarı ərazisində təqribən 1 km torpaq yatağının tikintisi,
• M-1 avtomobil yolunun üzərində körpü,
• həmçinin avtomobil yolunun Xırdalan şəhəri ilə birləşən hissəsində yol ötürücüsünün tikintisi üzrə işlər də aparılır.
Ümumilikdə, layihə üzrə fiziki tərəqqi təxminən 51% təşkil edir.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Tərtib edilmiş iş qrafikinə uyğun olaraq, layihənin vaxtında tamamlanması məqsədilə ərazi üzrə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub.
Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO








