Xırdalanda unikal təmizlik üsulu: Konteynerləri küçəyə boşaldıb, traktorla yığırlar - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində antisanitar vəziyyət hökm sürür. Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, tullantıları aparmaq üçün müvafiq texnikalar yerinə traktorlardan istifadə olunur. Belə ki, tullantılar əvvəlcə zibil konteynerlərindən asfalta tökülür, daha sonra yerdən toplanaraq antisanitar vəziyyətdə digər yük maşınına boşaldılır.
Sözügedən hal vətəndaşların ciddi narazılığına səbəb olub.
Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəis müavini Vəli Abbasov Oxu.az-a həm qəribə, həm də maraqlı açıqlama verib:
"Məsələdən məlumatlıyıq. Texnikamız çatmadığı üçün traktorlar vasitəsilə tullantıları yığırıq. Xırdalanda texnika yoxdur. Sadəcə, üç-dörd ədəd xüsusi təyinatlı maşınımız var. Onlarda isə texniki problemlər olduğu üçün istifadəyə yaramır. Zibilləri öz daxili gücümüzə təmizləyir və ya icarəyə maşın götürürük".
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










