Xırdalanda yol kəsib pul tələb edən şəxsə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İmamverdi Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az lent.az-a istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 1-də Xırdalanda baş verib. Bir nəfər Xırdalan şəhər sakini Azər Məmmədovun qarşısını kəsərək, pul verməsini tələb edib. Azər Məmmədovun pulu olmadığını görən həmin şəxs hadisə yerindən qaçıb.
Azər Məmmədov cinayətlə üzləşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İmamverdi Mirzəyev həbs edilib.
İmamverdi Mirzəyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












