Xiyabani küçəsinin bir hissəsi təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən təqribən 320 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq. Sözügedən küçənin həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinə fevralın 1-dən 2-nə keçən gecə məhdudiyyət qoyulacaq. Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitəndən sonra bərpa ediləcək.
Qeyd edək ki, həmin hissədə aparılacaq təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunacaq, köhnə səki daşları da sökülərək, hər iki istiqamət üzrə yeni səki daşları düzüləcək. Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunacaq.
Təmir işləri ilə əlaqədar olaraq yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Emin
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












