Xızı-Altıağac avtomobil yolunda çökən hissə bərpa EDİLDİ

Noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmə nəticəsində yolun çökən hissəsi bərpa edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, yolda baş verən sürüşmənin qarşısını almaq üçün tədbirlər görülüb. Artıq yolda avtomobillərin maneəsiz hərəkəti bərpa edilib.
A.Nəcəfli deyib ki, əvvəllər həmin ərazidə sürüşmə olmayıb: "Bu, yolda ilk sürüşmə hadisəsidir. Gələcəkdə belə hadisənin baş verməməsi üçün yolda sürüşmə ərazisində qabaqlayıcı tədbirlər, lazımi mühəndisi qurğuları da inşa olunacaq".
Xatırladaq ki, sürüşmə baş verən Xızı-Altıağac avtomobil yolunda hazırda yenidənqurma işləri aparılır. Noyabrın 30-da avtomobil yolunda baş vermiş sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












