Xızı-Altıağac avtomobil yolundakı sürüşmənin qarşısı alınır

Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, sürüşmə hadisəsi yenidənqurma işləri aparılan yolda baş verib: "Hazırda yolda tikinti işləri aparılır, yol yenidən qurulur. Əvvəllər həmin ərazidə sürüşmə hadisəsi olmayıb. Bu, həmin yolda ilk sürüşmə hadisəsidir. Gələcəkdə belə hadisənin baş verməməsi üçün yolda sürüşmə ərazisində qabaqlayıcı tədbirlər, lazımi mühəndisi qurğular da inşa olunacaq".
A.Nəcəfli bildirib ki, sürüşmə hadisəsinin baş verməsinə baxmayaraq, yolda hərəkət dayanmayıb və hazırda avtomobillərin hərəkətində çətinliklər yoxdur.
Xatırladaq ki, noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda sürüşmə baş verib. Sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












