Xızı-Altıağac yolunun sürüşən hissəsində təmir dayandırıldı

Xızı-Altıağac avtomobil yolunun sürüşmə olan ərazisində təmir işləri dayandırılıb. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, yolun həmin ərazisindəki tikinti və yenidənqurma işləri dayandırılıb: "Həmin hissədə sürüşmə aktiv fazadadır. Bunun üçün də o hissədə kompleks tədbirlər görülməlidir. Sürüşmənin qarşısını almaq üçün orada istinad divarları, svaylar və digər mühəndis qurğularının inşası nəzərdə tutulur. Ona görə də həmin hissədə tikinti işləri dayandırılıb. Bu həm də yolda avtomobillərin hərəkətinin dayanmaması məqsədilə edilib".
A.Nəcəfli bildirib ki, Xızı-Altıağac avtomobil yolunun qalan hissəsində yenidənqurma işləri davam etdirilir.
Xatırladaq ki, noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib. Yolda baş verən sürüşmənin qarşısını almaq üçün tədbirlər görülüb və avtomobillərin maneəsiz hərəkəti bərpa edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












