Xızıda əvvəll qəza, sonra qətl törədən sürücü tutuldu

Qəzadan sonra qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, iki gün öncə Xızı rayonu ərazisində-Giləzi-Xızı yolunda baş verib. Şübhəli bilinən şəxs könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Həmkəndlisi 38 yaşlı Vamiq Süleyman oğlu Cəfərovu bıçaqlayaraq öldürən Giləzi qəsəbə sakini 41 yaşlı Qabil Abil oğlu Məmmədov yanvarın 18-də gündüz saat 14 radələrində Xızı rayon polis şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib. Dərhal rayon prokurorluğuna-istintaqa təhvil verilən Qabil Məmmədov ilkin ifadəsində həmkəndlisi Vamiq Cəfərovu ona ana-bacı söyüşü söydüyü üçün bıçaqladığını, onun da hadisə yerində öldüyünü bildirib. İstintaq başladığından hadisənin təfərrüatlar tam açıqlanmır. Xatırladaq ki, yanvarın 16-da Giləzi -Xızı yolunda Giləzi qəsəbə sakinləri Vamiq Cəfərovun idarə etdiyi "Niva" markalı avtomobillə Qabil Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşub. Qəzadan sonra sürücülərin bir-birilə mübahisəsi qətllə nəticələnib. Qabil Məmmədovun mübahisə zəminində Vamiq Cəfərova ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Sonuncu hadisə yerindəcə keçinib.Qabil Məmmədov isə hadisə yerindən qaçmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












