Xızıdakı dəhşətli qəzada yaralananlardan xəbər var

Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslərin müalicəsi davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, qəza nəticəsində yaralanan 3 nəfər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. “Xəsarət alanlardan biri uşaq idi. Onun anası Sumqayıtda xəstəxanaya yerləşdirilmişdi. Hazırda həmin şəxs uşağın yanına gətirilib. Onlar reanimasiyadadırlar, vəziyyətləri orta ağırdır”.
Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Xalidə Quliyeva isə bildirib ki, hazırda Sumqayıtda 14 xəstə müalicələrini davam etdirir. “Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasında hazırda 14 xəstə var. 13 xəstənin vəziyyəti orta ağırdır, 1 nəfər isə reanimasiyadadır”.
Qeyd edək ki, mayın 29-da Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində 100 metrdən dərəyə yuvarlanıb.
Nəticədə 3 nəfər ölüb, 24 nəfər yaralanıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












