Xocahəsən-Lökbatan yolunda təmir gedir - FOTO

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir. Avtosfer.az "Azəravtoyol" ASC-yə istindən xəbər verir ki, bu çərçivədə Xocahəsən-Lokbatan avtomobil yolunun 9-13 km-lik hissəsində cari təmir-bərpa işləri görülür. Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Ümumilikdə təmizlənmiş hissələrə 10 min m2 yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyyə olunur.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















