"Xocalı" gəmisi ABŞ-nin Santa Rosalia limanına yük çatdırıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-nin Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına istiqamətlənib.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.
Məhdudiyyətsiz üzmə imkanlarına malik "Xocalı" gəmisinin dedveyti 38 593 tondur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu 10,47 metr, maksimum sürəti isə 15,7 uzeldir. Maksimum yük götürməklə suya oturumu onun bir çox dayaz limanlara rahatlıqla daxil olmasına şərait yaradır.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












