Xocalıda azərbaycanlı əsir və girovların saxlanıldığı yerdən görüntülər - VİDEO

Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.
“Report” xəbər verir ki, işğaldan əvvəl - 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub.
İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar.
Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır.
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı kənd işğaldan azad edilib.
Azərbaycanlı əsirlərin saxlanıldığı və işgəncələr verildiyi tikilinin görüntülərini təqdim edirik:
Azərbaycanda yanacaq balansı dəyişir - "Regionu biz təmin edirik"
Piyadalar ən çox gecə saatları vurulur...
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"











