Xocavənddə 400-ə yaxın partlayıcı zərərsizləşdirilib - FOTO - VİDEO

Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi bölgəsində ərazinin partlayıcı predmetlərdən təmizləməsi üçün işlər görüb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Minalardan təmizlənmə zamanı Rusiya istehkamçıları 122 millimetrlik qəlpəli-fuqaslı top mərmiləri və kumulyativ tank döyüş sursatı da daxil olmaqla 400-ə yaxın partlayıcı predmeti zərərsizləşdirib.
Müəyyən edilmiş silah-sursat xüsusi təchizatlı Ballıca poliqonuna aparılaraq məhv edilib. Təxliyəsi mümkün olmayan döyüş sursatları partlayış işlərinin aparılması zamanı zəruri olan bütün təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə yerindəcə məhv edilib.
Ümumilikdə 23 noyabr 2020-ci ildən bu yana 1 419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1 361 bina partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı predmet aşkar edilərək zərərsizləşdirilib.
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO










