Banner

Xocavənddə partlayıcı vasitə aşkarlandı - VİDEO

Gündəm 24 Avqust 2021 13:06 Oxunub 1126
Xocavənddə partlayıcı vasitə aşkarlandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində M-85 markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh